Baku City Residence “LANDAU School” ilə əməkdaşlığa başladı

Baku City Residence “LANDAU School” ilə əməkdaşlığa başladı

Müştəri məmnuniyyətini ən yüksək səviyyədə qarşılamağı hədəfləyən “Baku City Residences” şirkəti sakinlər üçün ehtiyac duyulan bütün xidmətləri əlçatan edir. Bu məqsədlə şirkətin “BCR Khatai” yaşayış kompleksində yeni məktəbəqədər hazırlıq müəssisəsinin açılışı həyata keçiriləcək.

“BCR Khatai” yaşayış kompleksində yeni məktəbəqədər hazırlıq müəssisəsinin, “LANDAU PreSchool”-un açılışı planlaşdırılır. “LANDAU PreSchool” Azərbaycanda öz sahəsində brendə çevrilən “LANDAU School” ilə əməkdaşlığımız çərçivəsində fəaliyyət göstərəcək.

"LANDAU School" şagirdlərdə möhkəm bilik təməlinin yaradılması üçün lazım olan ən yaxşı resursları təmin etmək missiyası ilə yaradılmışdır. 4-6 yaşlı uşaqlar üçün nəzərdə tutulan "LANDAU PreSchool"-da tədris prosesinin ingilis və rus dillərində aparılması, dərslərin isə Böyük Britaniya kurikulum proqramı əsasında təşkil olunması nəzərdə tutulur. 

Qeyd edək ki, “LANDAU School”, cəmi 4 il ərzində 3000-dən çox şagirdin təhsil aldığı Azərbaycanın ən böyük özəl orta məktəbidir. Azərbaycanın ilk ACT, eləcə də SAT və IELTS imtahan mərkəzi olan “LANDAU School”, Elm və Təhsil Nazirliyi tərəfindən verilən lisenziyaya, həmçinin beynəlxalq "Pearson" və "Cambridge" lisenziyalarına sahibdir. "LANDAU School"-da 3 bölmə (Azərbaycan, rus, ingilis) üzrə təhsil almaq imkanı mövcuddur və məktəbin hazırda Bakı şəhərində 8 tədris binası fəaliyyət göstərir.  

09 Fevral 2023 - 17:14

Paylaş

Bütün xəbərlər