”Baku City Residences” “Azərbaycanda Dayanıqlı Yaşıl Tikinti” mövzusunda dəyirmi masada iştirak edib

”Baku City Residences” “Azərbaycanda Dayanıqlı Yaşıl Tikinti” mövzusunda dəyirmi masada iştirak edib

"Baku City Resudences" COP29 ərəfəsində tikinti sahəsində dövlət və özəl sektor nümayəndələri üçün təşkil olunmuş görüşdə iştirak edib.

 “Azərbaycanda Dayanıqlı Yaşıl Tikinti” mövzusunda baş tutan dəyirmi masanın məqsədi tikinti sahəsinin ətraf mühitə təsirləri nəzərə alınaraq yerli tikinti şirkətlərini, tikinti-istehsal müəssisələrini, xarici şirkət və ekspertləri, eyni zamanda, dövlət orqanlarının nümayəndələrini bir araya gətirməklə, dayanıqlı və sıfır karbonlu tikintiyə keçid istiqamətində əməkdaşlıq platformasının yaradılması olub. Tədbir zamanı dekarbonizasiya yolunda beynəlxalq imkanlar, aşağı emissiyalı tikinti materiallarına keçidin ekoloji faydaları və bu yolda potensial çətinliklər, dayanıqlı inkişaf və iqlim dəyişmələri ilə mübarizə istiqamətində görülmüş və planlaşdırılan işlər müzakirə olunub.

  Görüşdə qlobal dayanıqlılıq səyləri ilə yanaşı, həm də Qarabağ və Şərqi Zəngəzurda tikinti şirkətləri tərəfindən aparılan təmir, bərpa və yenidənqurma işləri barədə də məlumat verilib, şirkətlərin bu region üzrə fəaliyyətləri yüksək qiymətləndirib.

 Tədbirin sonunda qlobal dekarbonizasiya hədəflərinə nail olunmasını nəzərdə tutan “Azərbaycanda Dayanıqlı Yaşıl Tikinti” üzrə bəyannamə imzalanıb.

01 Avqust 2024 - 09:51

Paylaş

Bütün xəbərlər