KOMANDAMIZ

Ramil Məhərrəmov

Ramil Məhərrəmov

Direktor

Ramil Məhərrəmov tikinti, turizm, tekstil, eləcə də informasiya texnologiyaları şirkətlərində geniş və hərtərəfli təcrübəyə malikdir.

Ramil Məhərrəmov “Baku City Residence” şirkətinin direktoru vəzifəsini icra edir. 

O, tikinti, istehsalat, tekstil, turizm və otelçilik sənayesi, eləcə də informasiya texnologiyaları sahələrində malik olduğu çoxillik idarəetmə bacarıqları sayəsində bir sıra mühüm layihələrə imza atıb. Komanda üzvlərini satış strategiyasının hazırlanmasında faydalı olacaq məlumatlarla təmin etmək, satış prosesində və müştərilərlə kommunikasiyanın yaradılması zamanı hər hansı texniki problemlə üzləşdikdə operativ texniki yardım göstərmək, eləcə də işin gedişatına cavabdehlik Ramil Məhərrəmovun 12 illik iş təcrübəsinin nəticəsidir. 

Ramil Məhərrəmov "Kempinski Hotel-Badamdar" kompleksində Texniki direktorun İnzibati köməkçisi, "Gilan Textile Park"da İstehsal meneceri, Development MTK-də İcraçı direktor vəzifələrində çalışıb. 

Bakalavr təhsilini Turizm və sosial mədəni servis xidməti istiqamətində alan Ramil Məhərrəmov Azərbaycan Dövlət İqtisad Universitetinin məzunudur.

Zahid Qədimli

Zahid Qədimli

Maliyyə müdiri

Zahid Qədimli maliyyə və audit sahəsində 10 ilə yaxın təcrübəyə malikdir.
Maliyyə resurslarının düzgün planlaşdırılması və icrası, o cümlədən uçot və statistika məlumatlarının dürüstlüyünün təmin edilməsi, beynəlxalq daxili audit standartlarına uyğun olaraq audit layihələrinin icrası və bir sıra əlaqəli istiqamətlərdə 10 ilə yaxın iş və bilik təcrübəsi olan Zahid Qədimli “Baku City Residence” şirkətinin maliyyə müdiri vəzifəsini icra edir.

Zahid Qədimli 2014-2022-ci illər ərzində Böyük audit dördlüyü şirkətlərinin birində audit üzrə Bakı və London ofislərində menecer vəzifəsində çalışmışdır. 2017-ci ildən isə Sertifikatlı Mühasiblər Assosiasiyasının (ACCA) üzvüdür.

Zahid Qədimli 2009-2013-cü illərdə Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin ABŞ-ın Corciya Dövlət Universiteti ilə birgə proqramı üzrə bakalavr dərəcəsində təhsil alıb.