Tələbə və məzunlar üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində 5-ci Karyera sərgisi baş tutub.

Tələbə və məzunlar üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində 5-ci Karyera sərgisi baş tutub.

 

Tələbə və məzunlar üçün Azərbaycan Memarlıq və İnşaat Universitetində 5-ci Karyera sərgisi baş tutub. Sərgiyə 80-ə yaxın dövlət qurumu və özəl şirkət cəlb olunub. Bizim də komandamız bu sərgidə yer alırdı. 

 

Universitetdə 53 ixtisasda bakalavriat və magistratura səviyyələrində mütəxəssis hazırlığı həyata keçirilib, bütün vakansiyalar üzrə təkliflərə baxılıb. Universitetin rektoru Gülçöhrə xanım tələbə və məzunlara, eləcə də bizim əməkdaşlara uğurlar arzulayıb. 

 

3000-dən çox tələbə və məzunun iştirak etdiyi sərgi böyük maraqla qarşılanıb. Şirkət nümayəndələrimiz vakansiyalar, təcrübə proqramları barədə ətraflı informasiya verərək, iş axtarışında olan gənclərin suallarını həvəslə cavablandırıblar.

 

Sərgidə, həmçinin digər ali təhsil müəssisələrinin tələbə və məzunları da iştirak edib.

16 May 2024 - 20:08

Paylaş

Bütün xəbərlər