Azərbaycan Memarlıq və İnşaat Universitetində (#AzMİU) ”Work4CE 4.0: Gələcək üçün Təhsil və Sənayenin Birləşdirilməsi” modelinin Azərbaycan təhsil sistemində tətbiqinə həsr olunmuş görüş keçirilib. 

Azərbaycan Memarlıq və İnşaat Universitetində (#AzMİU) ”Work4CE 4.0: Gələcək üçün Təhsil və Sənayenin Birləşdirilməsi” modelinin Azərbaycan təhsil sistemində tətbiqinə həsr olunmuş görüş keçirilib. 

Tədbirdə universitetin rəsmi tərəfdaşı olan Baku City Residences şirkətlər qrupunu Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri Kənan Mehdizadə təmsil edib. 

Görüşdə universitetlər və biznes qurumları arasında əlaqələrin genişləndirilməsi üçün yol xəritəsi müəyyənləşdirilib.   

Qeyd etmək lazımdır ki, Baku City Residences memarlıq, şəhərsalma, daşınmaz əmlak sektorunda ixtisaslı kadrların yetişdirilməsinə xüsusi diqqət yetirir.

26 Aprel 2024 - 16:46

Paylaş

Bütün xəbərlər