“Baku City Residences”in baş sponsorluğu ilə 9-cu “Arpachay Open” karate turniri keçirildi

“Baku City Residences”in baş sponsorluğu ilə 9-cu “Arpachay Open” karate turniri keçirildi

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş 9-cu “Arpachay Open” karate turniri keçirilib. Bu ilki tədbirin baş sponsoru “Baku City Residences” şirkətlər qrupu olmuşdur.

Tədbirin açılış mərasimində çıxış edən şirkətin direktoru Ramil Məhərrəmov tədbirin önəmindən danışıb: “Azərbaycan tarixinin ən şanlı səhifələrindən olan 20 yanvar hadisələri xalqımızın uzun illər əsarətdə qalmasına rəğmən azadlıq hissini heç bir zaman itirməməsinin bariz nümunəsidir. Bu tarix bizə sadə insanların bir gecədə necə qəhrəmana çevrilə biləcəyini xatırladır. Tarix heç nəyi və heç kəsi unutmur”.

Qeyd edək ki, Baku City Residences şirkətlər qrupunun dəstəyi ilə keçirilmiş iki günlük turnirdə Azərbaycanın demək olar ki, bütün bölgələrindən idmançılar qatılmışdır. Qaliblər fəxri diplom və medallarla təltif edilib.

Korporativ Sosial Məsuliyyət siyasəti çərçivəsində şəhid və qazı ailələrinə, həmçinin istedadlı tələbələrə dəstək olan Baku City Residences şirkətlər qrupu gənclərə yönəlmiş, habelə sağlam həyat tərzini təbliğ edən layihələri dəstəkləməyə davam edəcək.

22 Yanvar 2024 - 16:48

Paylaş

Bütün xəbərlər