Azərbaycanda daşınmaz əmlak sektorunda fəaliyyət göstərən qabaqcıl şirkətlər daha bir ilkə imza atıblar.
Beynəlxalq əməkdaşlıqlara açılan qapı
“Pasha Property”, “Baku City Residence”, “Seabreeze Real Estate”, “PMD” kimi Azərbaycanın 4 qabaqcıl daşınmaz əmlak şirkətinin təşkilatçılığı ilə keçirilən tədbir uğurla baş tutub. Burada Azərbaycanın qabaqcıl daşınmaz əmlak şirkətləri ilə yanaşı, Latviyanın aparıcı inşaat şirkətlərini təmsilçiləri iştirak edib.
Tədbir iştirakçıları müasir şəhərsalma, yaşayış komplekslərinin inşasında innovasiyalar, inşaat sektorunda beynəlxalq təcrübələr mövzusunda fikir mübadiləsi aparıblar. Ölkəmizin aparıcı şirkətlərinin təmsilçiləri latviyalı həmkarları ilə inşaat sektoruna yatırımların edilməsi ilə bağlı təcrübələrini bölüşüblər. İştirakçılar daşınmaz əmlak sektorunda müasir trendlər, tikinti sahəsində yeni texnologiyalardan istifadənin təşviqi mövzularında fikir mübadiləsi aparıblar.
Baku City Residence haqqında
Qeyd edək ki, “Baku City Residence” Azərbaycan daşınmaz əmlak bazarında özünəməxsus yerə və zəngin təcrübəyə malik olan bir brenddir. Müasirliyi və komfortu özündə birləşdirən “Baku City Residence”, müştərilər üçün ehtiyac duyulan xidmətləri vahid məkanda əlçatan edir.
“Baku City Residences” qısa müddət ərzində düşünülmüş rahatlığı ilə seçilən “Baku City Residence Olimpik”, “Baku City Residence Khatai”, “Bayıl Bay”, “Yacht Club Residences” kimi layihələrə imza atıb.