“Baku City Residence” Türkiyəyə yardım kampaniyasına qoşuldu

“Baku City Residence” Türkiyəyə yardım kampaniyasına qoşuldu

Fevralın 6-da Türkiyənin cənub əyalətlərində baş vermiş və 41 mindən çox insan ölümünə səbəb olan zəlzələdən əziyyət çəkənlər üçün təşkil olunmuş humanitar yardım kampaniyasına “Baku City Residence” də qoşulub.  

 

“Baku City Residence” qardaş Türkiyəyə vəfa borcunu ifadə etmək və dəstəyini göstərmək məqsədilə yardım kampaniyası çərçivəsində  uşaqlar üçün isti geyimlər, qidalar, çadırlar, elektrik qızdırıcıları və gündəlik ehtiyacları qarşılayacaq əşyaların yer aldığı yardım qutularını faciənin ilk günlərində Türkiyəyə yola salıb.  

 

Qeyd edək ki, “Əsrin ən dəhşətli faciəsi” kimi tarixə düşən bu ağır sınaqda Türkiyəyə rəsmi səviyyədə humanitar yardım göstərən ilk dövlət də məhz Azərbaycan oldu. 

 

“Baku City Residence” misilsiz faciədən dolayı Türkiyə Cümhuriyyətinə, millətinə başsağlığı verir, hər an qardaş ölkənin yanında durduğunu bildirir.  

10 Fevral 2023 - 10:35

Paylaş

Bütün xəbərlər