“BCR Olimpik”in satış ofisi yeniləndi

“BCR Olimpik”in satış ofisi yeniləndi

15 avqust tarixindən “BCR Olimpik” yaşayış kompleksinin tam yenilənmiş satış ofisi istifadəyə verilib. Müasir standartlara uyğun hazırlanmış yeni satış ofisi “BCR Olimpik” yaşayış kompleksi üzrə nəzərdə tutulan mənzil satışını həyata keçirir.

Qeyd edək ki, “Koroğlu” m/st yaxınlığında yerləşən kompleks 9 ha ümumi sahəni əhatə edir. 16 mərtəbəli 8 yaşayış binasından ibarət kompleksdə 784 mənzil və 945 yerlik parkinq mövcuddur. Kompleks daxilində həmçinin idman və uşaq oyun meydançaları, tibbi infrastruktur və aparıcı məktəb şəbəkəsi yer alır.
 

15 Avqust 2022 - 23:04

Paylaş

Bütün xəbərlər