Xalq Bank və “Baku City Residences” şirkəti birgə layihəyə imza atıblar. Belə ki, tərəflər arasında əməkdaşlıq çərçivəsində xüsusi imtiyazlara malik yeni “Sakin Kart” premium ko-brend kartını “Baku City Residences” sakinlərinin istifadəsinə verilir.
Kart “Baku City Residences”in bütün sakinləri üçün nəzərdə tutulub.
VİSA beynəlxalq ödəniş sistemi tərəfindən dəstəklənən “Sakin Kart” Visa Platinum və Visa İnfinite olmaqla iki premium növdə təqdim edilir. Kart sahibləri karta vəsait yükləyərək müxtəlif loyallıq imkanlarından yararlanmaqla həm ölkə daxilində, həm də xaricdə apardığı nağdsız ödənişlərdən 2% keşbek qazana bilərlər. Kartla istənilən bankın bankomatlarında vəsait nağdlaşdırmaq, komissiyasız köçürmə etmək, ölkə daxilində və xaricində nağdsız əməliyyatlar aparmaq mümkündür.
“Sakin Kart”ın əsas üstünlüklərindən biri də kartdakı vəsaitin qalığına illik 5 %-lə əlavə gəlir hesablanmasıdır. Eyni zamanda, “Sakin Kart” vasitəsilə tərəfdaş şəbəkələrindən alış-veriş edən şəxslər keşbək və digər endirimlərdən yararlana bilərlər.
Eyni zamanda, “Sakin Kart” sahibləri Visa ödəniş sisteminin təqdim etdiyi dünyanın istənilən nöqtəsində premium xidmətlərdən rahatlıqla yararlanma imkanını da əldə etmiş olurlar. Bu kartlar səfər zamanı tibbi dəstək xidməti, 24/7 peşəkar Visa konsyerj servisi, LoungeKey proqramı çərçivəsində müxtəlif hava limanlarının biznes zallarına ödənişsiz keçid, hava limanlarında pulsuz sürətli keçid (Fast Track), müxtəlif ölkələrə viza alınması dəstəyi və havalimanlarına pulsuz transfer xidmətindən yararlanmaq imkanı verir.
“Xalq Bank”
2004-cü ildə əsası qoyulan “Xalq Bank” ASC qısa zamanda müştərilərin etibarlı tərəfdaşına çevrilib. Hal-hazırda regionun ən dinamik inkişaf edən maliyyə qurumlarından biri olan “Xalq Bank”, öz müştərilərinə ən qabaqcıl və əlverişli xidmətləri təklif edir.
Dürüstlük və şəffaflıq, etimad və hörmət, sürət və operativlik, xidmətin yüksək keyfiyyəti və fərdi yanaşma “Xalq Bank”ın əsas prinsipləridir. “Xalq Bank” peşəkar heyəti, geniş filial şəbəkəsi və onlayn servisləri ilə hər zaman müştərilərin xidmətindədir.
“Baku City Residences”
“Baku City Residences” Azərbaycan daşınmaz əmlak bazarında özünəməxsus yerə və 10 il ərzində zəngin təcrübəyə malik olan bir brenddir. Müasirliyi və komfortu özündə birləşdirən “Baku City Residences”, müştərilər üçün ehtiyac duyulan xidmətləri vahid məkanda əlçatan edir.
“Baku City Residences” qısa müddət ərzində düşünülmüş rahatlığı ilə seçilən “Baku City Residences Olimpik”, “Baku City Residences Khatai”, “Bayıl Bay”, “Yacht Club Residences”, “Şuşa City Residences” kimi layihələrə imza atıb.