“BCR” şirkətindən dövlət qurumlarının işçilərinə özəl kampaniya

“BCR” şirkətindən dövlət qurumlarının işçilərinə özəl kampaniya

“Baku City Residences” investisiya və daşınmaz əmlak sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkət paytaxtın mərkəzində yerləşən, müştərilərin bütün tələb və istəklərini özündə cəmləşdirən, müasir və yüksək standartlara cavab verən yaşayış kompleksləri layihələrinin tikintisini və satışını həyata keçirir.

Azərbaycanda daşınmaz əmlak bazarında xüsusi yerə malik “Baku City Residences” şirkəti dövlət qurumlarının əməkdaşları üçün xüsusi endirim kampaniyası təklif edir. 

Belə ki, şirkət tərəfindən seçilmiş binalarda məhdud sayda mənzillərin daxili ödəniş və ipoteka ilə satışında xüsusi güzəştlər nəzərdə tutulub. Oktyabrın 1-dən etibarən başlayacaq kampaniya çərçivəsində bütün dövlət qurumlarının əməkdaşları üçün mənzil satışında 10% həcmində endirim ediləcək.

Kampaniya şirkətin “BCR Olimpik 1” yaşayış kompleksindəki mənzillərə şamil ediləcək. Qeyd edək ki, “BCR Olimpik 1” Heydər Əliyev prospekti yaxınlığında 20 ha ərazidə yerləşir. 24 mərtəbəli 3 yaşayış binasından ibarət olan kompleksdə 700 mənzil, 200-dən çox parkinq yeri mövcuddur. İdman və uşaq oyun meydançaları, tibbi infrastruktur və aparıcı məktəb şəbəkəsinə malik kompleks ASAN Xidmət və “Dost” Mərkəzi kimi dövlət qurumlarına yaxınlığı ilə də seçilir. 
 

01 Oktyabr 2022 - 10:50

Paylaş

Bütün xəbərlər