“Baku City Residences” Dubayda ikinci “Dvizheniye” (Move) Beynəlxalq Daşınmaz Əmlak Sammitində iştirak edib. Sammitə Azərbaycan, BƏƏ, Tailand, İndoneziya, Çin, Özbəkistan, Qazaxıstan, Hindistan, Qırğızıstan, Qətər və s. 15 ölkədən 80 şirkətin nümayəndəsi qatılıb.
Sammitin əsas məqsədi təcrübə mübadiləsini və problemlərin həllini asanlaşdırmaqla, güclü beynəlxalq developerlər icmasını inkişaf etdirmək idi. Sammitdə əsas iştirakçılar və qonaqlar:
• Sahibkarlar
• CEO-lar (rəhbərlər)
• Top menecerlər
• Tikinti və məhsul direktorları
Tədbirdə memar, developer və daşınmaz əmlak bazarı ekspertlərindən ibarət 20 məruzəçi (spiker) torpaq alqı-satqısı, yerli tərəfdaşlıqlar və müxtəlif bazarlarda icazələrin alınması kimi beynəlxalq əməliyyatlar haqqında fikirlərini bölüşüb. Təcrübələrini bölüşən məruzəçilər (spiker) arasında Jan Klostermann (“CLOU architects”, Çin), Aleksandra Çeçetkina (“KB Strelka”, İngiltərə), Yatin Pandya (“Footprints E.A.R.T.H.”, Hindistan), Mariya Maksimova (“Qetaifan Projects”, Qətər), Oleq Torbosov (“Whitewill”, BƏƏ), Mixail Quçşin (“One Development”, Latviya) və s. yer alıb.
XƏBƏRLƏR
“Baku City Residences” Dubayda “Dvijeniye” (Move) - II Beynəlxalq Daşınmaz Əmlak Sammitinə qatılıb

15 Mart 2024 - 08:29