“Baku City Residences” “Baku Bay” layihəsinə start verir

“Baku City Residences” “Baku Bay” layihəsinə start verir

“Baku City Residences” yeni “Baku Bay” yaşayış kompleksinin inşasına hazırlaşır. Ağ Şəhərin bulvarında yerləşəcək kompleks Qərb və Şərq memarlıq üslubunda inşa ediləcək. “Baku Bay” xarici görünüşü ilə Bakını təcəssüm etdirərək, Şərqlə Qərbin kəsişməsində yerləşən mədəniyyətlərin ahəngini ifadə edəcək.

Böyük yaşayış kompleksi olacaq “Baku Bay” geniş ərazini əhatə edəcək. Sakinlər burada zəngin xidmətlərindən yararlana biləcəklər. Yeni kompleksin tikintisinin 2024-cü ildə başlaması planlaşdırılır.

Qeyd edək ki, yaşayış kompleksi dünyanın aparıcı şirkətləri ilə birlikdə həyata keçirilir.

“Baku City Residences” şirkəti “Yacht Club Residences” və "Bayıl Bay" layihələrinin tikintisi ilə Bakı memarlığına öz töhfəsini verməkdədir. Eyni zamanda “Baku City Residences Khatai”, “Baku City Residences Olimpik” və "Baku City Residences KOROGLU" layihələri “iş və yaşam” həyat tərzi konsepsiyasında inşa olunur.

26 Fevral 2024 - 15:28

Paylaş

Bütün xəbərlər