“BCR Olimpik” “Yay fürsəti” kampaniyasına start verdi

“BCR Olimpik” “Yay fürsəti” kampaniyasına start verdi

Düşünülmüş rahatlığı ilə fərqlənən "BCR Olimpik" yaşayış kompleksi möhtəşəm “Yay Fürsəti” kampaniyasına start verir. 31 avqusta qədər kampaniya çərçivəsində hər kəs zövqünə uyğun mənzilə 33.000 AZN-dək güzəştlə sahib ola biləcək. 

Endirim həm nağd, həm də daxili hissəli ödəniş ilə alınan mənzillərə şamil olunur.

 “BCR Olimpik Heydər Əliyev prospekti yaxınlığında 9 hektarlıq ərazidə yerləşir. 16 mərtəbəli 8 yaşayış binasından ibarət olan kompleksdə 784 mənzil, 945 parkinq yeri mövcuddur.

Kompleks yalnız sakinlər üçün nəzərdə tutulmuş, eni 25 metr uzunluğunda olan qapalı hovuzu, 2000 kv.m. ərazini əhatə edən beynəlxalq fitnes mərkəzi, ASAN xidmət,  DOST Mərkəzi, Mərkəzi Bank-ın yeni inzibati binası kimi dövlət qurumlarına, həmçinin Bravo hipermarketinə yaxınlığı ilə seçilir.
Mükəmməl şəkildə layihələndirilən BCR Olimpik-in üstünlüyü ictimai nəqliyyata, məktəb və tibb məntəqələrinə, eləcə də ticarət mərkəzləri və parklara yaxın yerləşməsidir.
 

15 İyun 2023 - 11:07

Paylaş

Bütün xəbərlər