Lüks həyat tərzinin simvolu olan Kempinski Residences Bayıl Bay bu dəfə AZAL Miles ilə əməkdaşlıq çərçivəsində yeni və xüsusi kampaniyasını təqdim edir. Kampaniya müddətində layihədən mənzil əldə edən hər kəs qazandığı 300.000 mil ilə birlikdə dünyanın istənilən nöqtəsinə səyahət edə, həmçinin özəl imtiyazlardan yararlana biləcək.
Bu əməkdaşlıq seçilən yaşamla səyahət üstünlüklərini bir araya gətirərək, mənzil sahibi olmaq istəyənlər üçün daha dəyərli bir fürsət kimi diqqət çəkir. İtalyan memar Mauro Lipparini tərəfindən layihələndirilən "Kempinski Residences Bayıl Bay"in Xəzərə açılan möhtəşəm panoraması, müasir memarlıq həlləri və yüksək səviyyəli xidmət konsepti bu təklifə daha çox maraq yaradır. Məhdud müddətdə davam edəcək kampaniya lüks yaşayışa fərqli bir yanaşma axtaranlar üçün nəzərdə tutulub.
XƏBƏRLƏR
”Kempinski Residences Bayıl Bay”dən mənzil alanlara ”AZAL Miles”dan 300.000 mil hədiyyə!
09 İyun 2026 - 10:27