“Kempinski Residences Bayıl Bay” ən yaxşı daşınmaz əmlak layihəsi kimi “Beynəlxalq Əmlak Mükafatı” qazandı!

“Kempinski Residences Bayıl Bay” ən yaxşı daşınmaz əmlak layihəsi kimi “Beynəlxalq Əmlak Mükafatı” qazandı!

“Kempinski Residences Bayıl Bay” ən yaxşı daşınmaz əmlak layihəsi kimi “Beynəlxalq Əmlak Mükafatı” qazandı!

“Kempinski Residences Bayıl Bay” yaşayış kompleksi “Beynəlxalq Əmlak Mükafatı 2024” (International Property Award) çərçivəsində “Asiya-Sakit Okean regionunda ən yaxşı əmlak layihəsi” mükafatına layiq görülüb!

Qaliblərin adları 20 fevral 2025-ci il tarixində London şəhərində baş tutan mükafatlandırılma mərasimində açıqlanıb. Bu, daha əvvəl “Bina Memarlığı üzrə Beynəlxalq Əmlak Mükafatı”nı qazanan “Kempinski Residences Bayıl Bay” layihəsinin sayca ikinci mükafatıdır.
 

“Kempinski Residences Bayıl Bay” Bakı şəhərində premium yaşayış və kommersiya obyektləri inşa edən aparıcı şirkət “Baku City Residences”in ən nüfuzlu layihələrindən biridir. Tanınmış italyan memarı Mauro Lipparini tərəfindən layihələndirilən 17 mərtəbəli yaşayış kompleksi 16 unikal bitki növü ilə bəzədilmiş şaquli fasad peyzajı ilə diqqət çəkir.

“Kempinski Residences Bayıl Bay” yaşayış üçün müasir və innovativ bir kompleks olmaqla yanaşı, həm də gələcək üçün dəyərli investisiya imkanları təqdim edir:

  • Unikal yerləşmə: “Kempinski Residences Bayıl Bay” Xəzərin ilk sahil xəttində yerləşir.
  • Məhdud sayda mənzil: kompleksdə 249 m² və 436.6 m² arasında dəyişən 37 açıq planlı mənzil daxildir.
  • 5 ulduzlu xidmət: beynəlxalq “Kempinski” şəbəkəsi tərəfindən idarə olunan əzəmətli yaşayış kompleksi sakinlərinə lüks və komfortlu yaşayış vəd edir. Burada sakinlərin rahatlığı üçün konsyerj xidməti, spa və fitnes mərkəzi, dəniz mənzərəli hovuz, parkinq sahəsi və ofislər mövcuddur.

“Kempinski Residences Bayıl Bay”in “Asiya-Sakit Okean regionunda ən yaxşı əmlak layihəsi” olaraq qalib gəlməsi layihənin unikal dizaynını, yüksək keyfiyyətini və müasir yaşayış standartlarını bir daha təsdiqləyir.

“Beynəlxalq Əmlak Mükafatı” haqqında:

“Beynəlxalq Əmlak Mükafatı” (International Property Award) hər il əmlak və tikinti sektorunda ən yaxşı nailiyyətləri və innovasiyaları təqdir etmək məqsədilə təqdim edilən prestijli mükafatdır. Mükafatın məqsədi daşınmaz əmlak sahəsində ən yaxşı təcrübələri, innovasiyaları və yüksək keyfiyyətli layihələri dünyanın müxtəlif regionlarında tanımaq və təşviq etməkdir.

Müsabiqənin münsiflər heyəti hər bir layihəni unikal dizayn, yüksək keyfiyyətli tikinti, yerləşmə və ətraf mühitə uyğunluq kimi bir sıra meyarlar əsasında qiymətləndirir. Bu mükafat iştirakçılara beynəlxalq səviyyədə tanınmaq və uğurlarını nümayiş etdirmək imkanı verir. Qalib layihələr keyfiyyət və innovasiyanın simvolu olaraq qəbul edilir.

Bundan əlavə, mükafatlandırma mərasimləri sənaye mütəxəssisləri və investorlar üçün geniş əməkdaşlıq imkanları yaradır. Bu tədbirlər iştirakçılara yeni əlaqələr qurmaq və bazar trendlərini izləmək fürsəti təqdim edir.

04 Mart 2025 - 16:42

Paylaş

Bütün xəbərlər