TƏRƏFDAŞLAR

AZnet

A2Z Technologies QSC-nin “AZnet” adlı brendi Azərbaycanda müasir telekommunikasiya və yüksək standartlara cavab verən internet xidmətləri təqdim edən provayderidir. 2022-ci ildən fəaliyyət göstərən AZnet ölkənin bir çox şəhər və rayonlarında, eləcə də işğaldan azad olunmuş ərazilərdə xidmət göstərir. Baku City Residences etibarlı tərəfdaşlıq qurmaq məqsədi ilə daim inkişaf edən, innovativ texnologiyalarla təchiz olunmuş “AZnet” ilə sıx əməkdaşlıq edir.

World Class

“World Class” beynəlxalq premium fitness şəbəkəsi, lüks seqmentində liderdir. Uğurlarının əsas komponentləri zəngin təcrübə, peşəkarlıq və fərdi yanaşmadır. World Class”ın vəzifəsi idmanın təkcə fayda deyil, həm də zövq verməsi üçün hər cür şərait yaratmaqdır. “Baku City Residence”, sakinlərin sağlamlığını prioritet hədəf seçərək “World Class” ilə əməkdaşlıqdan məmnundur.

KONE

KONE dünyanın aparıcı lift və eskalator istehsalçı şirkətidir. KONE-nin məqsədi şəhər həyatını yaxşılaşdırmaq, asanlaşdırmaq və modernizə etməkdir. Dünya lideri olan KONE şirkəti çoxmərtəbəli binalarda yüksək texnologiyalardan istifadə edərək insanların hərəkətini təhlükəsiz və rahat edir. Bu gün BCRı-n tikililəri zamanla ayaqlaşaraq innovativ KONE liftləri ilə təchiz olunur.

Cubics Technology

"Cubics Technology" müxtəlif şirkətlərin biznes proseslərini avtomatlaşdırmaq üçün həllər təqdim edən texnoloji şirkətdir. “Baku City Residence” qısa zaman ərzində özünü doğrultduğu üçün peşəkar biznes həllərini məhz 'Cubics Technology' şirkətinə həvalə edib.

Kapital Security

“Kapital Security” uzun müddətdir müxtəlif istiqamətlər üzrə fəaliyyət göstərən mühafizə şirkətidir. Şirkət mühafizə xidmətinin təşkili sahəsində zəngin fəaliyyət təcrübəsi, güvənilən və işinin peşəkarı olan heyətlə müxtəlif sahələri təmsil edən bir çox tərəfdaş qurum və şirkətlərlə əməkdaşlıq edir. Bu siyahıya “Baku City Residences” də əlavə olunub. Fəaliyyətini beynəlxalq təcrübə və məlumat bazası ilə ən yüksək keyfiyyət standarlarına uyğun formada həyata keçirir deyə mühafizə işi məhz “Kapital Security”yə həvalə olunub.

Landau School

“LANDAU School”,  Azərbaycanın ən böyük özəl orta məktəbləri şəbəkəsidir. Azərbaycanın ilk ACT, eləcə də SAT və IELTS imtahan mərkəzi olan “LANDAU School”, Elm və Təhsil Nazirliyi tərəfindən verilən lisenziyaya, həmçinin beynəlxalq "Pearson" və "Cambridge" lisenziyalarına sahibdir.