Baku City Residences və AIREX arasında əməkdaşlıq memorandumu imzalanıb

Baku City Residences və AIREX arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Beynəlxalq Daşınmaz Əmlak Sərgisinə — AIREX 2026-ya hazırlıq çərçivəsində Baku City Residences və AIREX arasında əməkdaşlıq memorandumu imzalanıb. Bu tərəfdaşlıq çərçivəsində Baku City Residences sərgidə “Gold+” sponsor qismində təmsil olunacaq.


AIREX 2026-da iştirak layihələrimizin beynəlxalq auditoriyaya təqdim olunması və daşınmaz əmlak sektorunda tərəfdaşlıq əlaqələrinin genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. Sərgi müddətində yerli və xarici alıcılar, eləcə də investorlar yaşayış və kommersiya layihələrimizlə yaxından tanış ola, onların təklif etdiyi imkanlar barədə ətraflı məlumat əldə edə biləcəklər.


4–6 noyabr 2026-cı il tarixlərində Bakı Ekspo Mərkəzində keçiriləcək AIREX Azərbaycanın ilk beynəlxalq daşınmaz əmlak sərgisi olaraq developer şirkətləri, investorları, memarları və sektorun digər nümayəndələrini bir araya gətirəcək. Tədbirin proqramında layihə təqdimatları, beynəlxalq ekspertlərin iştirakı ilə panel müzakirələri və işgüzar görüşlər nəzərdə tutulur.

05 OKTYABR 2026 - 10:36

Paylaş

Digər xəbərlər