• QİYMƏT VƏ ÖDƏMƏ ÜSULLARI

Öz evinə sahib olmaq daha arzu olaraq qalmayacaq. İstəyinizi reala çevirə bilməniz üçün sizə sərfəli şərtlərlə sizə mənzillər təklif edirik. 
30% ilkin ödəniş, 2 illik daxili kredit və aylıq 1400 AZN-dən başlayan qiymətlərlə sizin də şəxsi mənziliniz olsun. 
Ətraflı məlumat almaq üçün bizimlə ƏLAQƏ saxlayın.
  • YATIRIM

Bakı günü-gündən durmadan inkişaf edir, müasirləşir. Artıq paytaxtımız zamanla bərabər dünyanın ən iri şəhərləri ilə də ayaqlaşa bilir. Və hətta biz Bakının gözəl gələcəyə doğru irəliləməsinə öz gözümüzlə şahid oluruq. 

Öz növbəsində Baku City Residence də şəhərimizin memarlıq üslübuna tam uyğundur və onun özünəməxsus gözəlliyinə xüsusi töhfə verir. 

Sürətlə abadlaşan, get-gedə zavod və fabriklərdən azad olan şəhərin inkişafında şəhərətrafı zonaların rolu artır. Mərkəzdə artan sıxlıq və səs-küy investisiyaların və yaşayışın şəhərkənarı ərazilərə köçürülməsinə səbəb olur. Məhz buna görə də layihənin yerləşdiyi məkan onun dəyərini daha da artırır. 

Siz riskli və çox vaxt aparan yatırımlardan uzaq duraraq qarantiyalı və perspektivli işə sərmayənizi qoymağa dəvət edirik. BCR yaşayış kompleksi böyüyür, yeni binalar inşa olunur və layihələrin sayının artırılması planlaşdırılır.